Gündəm

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına kömək edəcəyik - Lavrov

"Ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi regional məsələlərdə stabilləşdirici rol oynayacaq".

ENA.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün nəticələrini şərh edərkən deyib.

"Rusiya və Azərbaycan bir-birinə güvənir və bu, iki ölkə arasında əməkdaşlığın mühüm tərkib hissəsinə çevrilib. Ölkələr arasında rekord həcmdə ticarət dövriyyəsi gözlənilir. Rusiya post-konflikt dövründə Azərbaycan ərazilərinin bərpasına töhfə verməyə hazırdır. Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı məsləhətləşmələrdə köməklik göstərəcək", - deyə Lavrov söyləyib.

Qeyd edək ki, tərəflər birgə mətbuat konfransı keçirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)