Sosial iqtisadiyyat

Orta dəhliz boyu ölkələrin gömrük xidməti vahid platformada fəaliyyət göstərəcək

Məqsədimiz Orta dəhliz boyu gömrük prosedurlarını bütün iştirakçıların gömrük xidmətlərinin vahid yanaşma, konsepsiyada, vahid bir sənəd üzərindən interaktiv bir portal üzərindən, dəhliz boyu tranzit axınının davamlılığını sadələşdirilmiş gömrük prosedurları çərçivəsində təmin etməkdir.

Bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov “Rəqəmsal İdarəetmə Platforması və yeni innovativ sistemlər” mövzusunda təqdimatda çıxışı zamanı bildirib.

“Burada əsas iş dəhlizboyu ölkələrin birgə marağını ortaya qoyaraq vahid bir platformada, vahid sənəd üzərindən bu dəhlizin cəlbediciliyinin, bu dəhliz boyu tranzit potensialının artmasına nail olmaqdır”, – deyə sədrin birinci müavini vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)