Sosial iqtisadiyyat

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında üçüncü yerdədir

Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29.1 faiz artaraq 1 milyard 461.8 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin aylıq hesabatında məlumat verilib.

Bildirilir ki, xarici ticarətdə ixracın həcmi 459.0 milyon dollar təşkil edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 38.5 faiz çoxdur.

İdxalın həcmi isə 25.2 faiz artaraq 1 milyard 0002.8 milyon dollar olub.

Hesabat dövründə ölkənin xarici ticarətində 543.9 milyon dollar və xarici ticarətin 37.2 faizi həcmində kəsir yaranıb.

Yanvar ayında Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Azərbaycan Rusiya və Türkiyədən sonra üçüncü yerdə qərarlaşıb.

Gürcüstanın xarici ticarətində Rusiyanın payı 263.6 milyon dollar, Türkiyənin payı 196.1 milyon dollar, Azərbaycanın payı isə 120.4 milyon dollar olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)