“Fitch” də Azərbaycanın kredit reytinqini təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib.
“Fitch” agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “sabit” saxlanılıb.
Xəbər verdiyimiz kimi, “Standard and Poor's” isə ölkəmizin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+”, yaxınmüddətli kredit reytinqini “B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu “sabit” saxlayıb.