Əmanətlərdə "dollar payı" nə qədərdir?
2022-ci ilin sonuna Azərbaycanda fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin banklardakı əmanətləri üzrə dollarlaşmanın səviyyəsi 44,9%-dir. 2021-ci ilin sonunda bu rəqəm 45,4% təşkil edib. 2022-ci ilin birinci rübünün yekunlarına görə, bu göstərici 46,4 faiz, birinci yarımildə 46 faiz, 9 ayda 45 faiz olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin sonuna hüquqi şəxslərin xarici valyutada depozitlərinin xüsusi çəkisi 52,8%-dir.
Fiziki şəxslərin xarici valyutada depozitləri üzrə 2022-ci ildə dollarlaşma səviyyəsi 2% düşərək, 39,2% təşkil edib.
Həmçinin 2022-ci ildə əhalinin depozitləri (qeyri-rezident fiziki şəxslərin depozitləri istisna olmaqla) üzrə dollarlaşma 5 faiz bəndi azalaraq 35,6%-ə düşüb.
Qeyd edək ki, 31 dekabr 2022-ci il tarixinə Azərbaycanda banklardakı əmanət və əmanətlərin həcmi 36 milyard 249,76 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 24,9% çoxdur. Bununla yanaşı, fiziki şəxslərin əmanətləri 11 milyard 742,95 milyon manat (artım 27,1%) həcmindədir.