Aqrar

Türkiyədəki zəlzələdən sonra Gürcüstanda bahalaşma oldu

Türkiyədə baş vermiş güclü zəlzələdən sonra Gürcüstanda bəzi tərəvəz və kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşıb.

Bahalaşma xüsusən Türkiyədən idxal olunan məhsullarda qeydə alınıb.

Beynəlxalq “East Fruit” portalının apardığı araşdırmalara görə, Türkiyədən gətirilən xiyar, pomidor, bolqar bibəri və qış fəsli üçün xarakterik olan meyvələrin topdansatış qiymətləri 20-30 faiz civarında bahalaşıb.

Yerli satıcılar yaxın həftələr ərzində qiymətlərin aşağı düşəcəyinə ümid edirlər. Lakin bəzi yerli ekspertlər bunun əksini düşünürlər.

İqtisadçı ekspertlərin fikrincə, yaxın vaxtlarda qiymətlər daha da arta bilər. Növbəti qiymət artımı dalğası çörək, un məmulatları, yağ, pendir və süd məhsulları, eləcə də digər gündəlik tələbat mallarını əhatə edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)