Sosial iqtisadiyyat

Gömrük rüsumu bu telefonlara aiddir - VİDEO

Bu gündən etibarən gömrükdə bəyan edilməyən mobil telefonlar qeydiyyata alınmayacaq. Bu qayda dəyəri 800 dollardan çox olan telefonlara aiddir.

ENA.az bildirir ki, ödənilməli olan rüsum məhz müəyyən edilmiş həddən artıq qalan hissədən çıxılır. Yəni, vətəndaşın gətirmək istədiyini telefonun qiyməti 1000 dollardırsa, bu zaman rüsum yerdə qalan 200 dollara görə hesablanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xəzər TV-yə bildirilib ki, mobil telefonların İMEİ nömrəsinin qeydiyyata alınması prosedurunda da dəyişiklik edilib.

Qeyd edək ki, mobil telefonların bəyan edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin internet səhifəsindən məlumat almaq mümkündür. Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov mövzuya münasibət bildirib.

Ətraflı videomaterialda:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)