Sosial iqtisadiyyat

“GoldenPay”in İdarə Heyətinə iki üzv seçildi

zərbaycanın onlayn ödəmələr şirkəti – “QoldenPey” ASC-nin (“GoldenPay”) İdarə Heyətinə yeni təyinatlar olub.

ENA.az xəbər verir ki, İdarə Heyətinə 2 yeni üzv təyin edilib. Bunu İdarə Heyətinin sədri Naina Mehdiyeva bildirir.

İdarə Heyətinə Eynar Abdullayev Rəfail oğlu və Elçin Həsənov Allahverən oğlu təyin edilib.

Abdullayev Eynar Rəfail oğlu 2020-ci ildən etibarən” QoldenPey” ASC şirkətində çalışmış və çoxsaylı uğurlu layihə və kampaniyaların həyata keçirilməsində, yerli və beynəlxalq əməkdaşlıqların qurulmasında töhfəsini verib. Hazırda “QoldenPey” ASC şirkətində Kommersiya üzrə Baş Direktoru vəzifəsini icra edir.

Həsənov Elçin Allahverən oğlu 2015-ci ildən etibarən “QoldenPey” ASC şirkətində müxtəlif vəzifələrdə çalışıb və şirkətin fəaliyyətində bir sıra uğurlara imza atıb. Hazırda “QoldenPey” ASC şirkətində Maliyyə üzrə Baş Direktor vəzifəsini icra edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)