Gündəm

Rusiya-Ukrayna müharibəsi genişlənəcəK - BMT-dən XƏBƏRDARLIQ

BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyada çıxışı zamanı Rusiya və Ukrayna arasında davam edən müharibə, dünyanın üzləşdiyi problemlər, eləcə də iqlim dəyişikliyi və dünyanın bir sıra ölkələrindəki yoxsulluqdan söz açıb.

ENA.az xəbər verir ki, Baş katib çıxışında Rusiya-Ukrayna müharibəsinin genişlənəcəyi ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib.

O, Rusiya ilə Ukrayna arasında daha böyük müharibə olduğunu qeyd edərək, sülhə ümidlərin getdikcə azaldığını söyləyib.

“Bütün ölkələr BMT Nizamnaməsindəki öhdəlikləri yerinə yetirərsə, dünyada sülh hüququ təmin ediləcək”, - Quterreş deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)