Hadisə

"Süni zəlzələni təbiidən ayıra bilirik"

"Türkiyədə təbii zəlzələ baş verib. Süni zəlzələni təbii zəlzələdən ayıra bilirik".

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təkanlar yerdaxili gedən genodinamik proseslər nəticəsində baş verib. 

"Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur". O bildirib ki, Türkiyədəki zəlzələ Azərbaycanla sərhəddən təxminən 700-800 km aralıda baş verib: "Bu uzaqlıqda baş verən zəlzələ ölkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz. Baxmayaraq ki, Azərbaycanda hər gün yeraltı təkanlar qeydə alınır. Lakin çoxu hiss olunmur. Odur ki, yaxın günlərdə ölkədə güclü təkanların olması gözlənilmir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)