Axtar

“Wolt”un kuryerləri narkotik daşıyırmış - Bakıda əməliyyat

Bakıda qanunsuz narkotik dövriyyəsi ilə məşğul “Wolt” şirkətinin kuryerləri saxlanılıb.

ENA.az  DİN-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, saxlanılan Sübhan Qəhrəmanov və Elgün Quliyevin üzərində şəxsi axtarış aparılan zaman 6 qrama yaxın marixuana aşkar edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib.

Onun üzərindən və evindən isə 7 qrama yaxın marixuana aşkar edilib. Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd adlı şəxsdən aldığını bildirib. Adı çəkilən sonuncu şəxsin tutulması istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən 5 kiloqramdan artıq marixuana akar edilib.

Məhəmməd Hacıyev paytaxt ərazisində taksi fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.

 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33