Nissan yeni elektrikli idman avtomobilini təqdim etdi
Nissan 2021-ci il dizayn edilmiş Max-Out konseptual elektrik idman avtomobilini təqdim edib.
Max-Out, alt hissəyə inteqrasiya edilmiş yastıqlar və daşınan arxa dayaqlar ilə dəyişdirilə bilən interyerə sahibdir. Avtomobilin sükanı ekrana malik çoxfunksiyalı sükan kimi dizayn edilib. Ön paneldə isə tam enli displey yerləşdirilib.
"Nissan Futures" korporativ tədbirində təqdim olunan Nissan Max-Out modelinin seriya perspektivləri barədə məlumat verilməyib.