"Ferrari" rekord sayda avtomobil satıb
Ferrari 2022-ci ildə 13 221 avtomobil satmağı bacarıb ki, bu da İtaliya şirkəti üçün yeni rekorddur. Analitiklər gəlirin təxminən 5 milyard avro olacağını gözləsələr də, şirkət 2022-ci ilin ikinci yarısında satışlarını iki dəfə artıraraq, öz proqnozlarını üstələməyi bacarıb.
Maliyyə hesabatlarına əsasən, şirkətin il ərzində gəliri 5,1 milyard avroya çatıb ki, bu da 2021-ci illə müqayisədə 19,3% yaxşıdır..İstehsalçının il ərzində xalis mənfəəti 13% artaraq 939 milyon avroya və ya hər bir səhm üçün 5,09 avroya çatıb. Analitiklər orta hesabla hər səhmə görə 4,94 avro, şirkətin özü isə 5 avroya yaxın mənfəət proqnozlaşdırırdılar.
Bundan əlavə, şirkət 2023-cü ilin onun üçün daha yaxşı bir il olacağını gözləyir. Ferrari cari ilin sonuna gəlirinin 5,7 milyard avroya çatacağını, xalis mənfəətin isə hər səhmə görə 6-6,2 avro olacağını proqnozlaşdırır.