Nazir polkovnik-leytenantın yerinə yeni rəis təyin etdi
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə rəisi təyin olunub.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis kapitanı Süleyman Abbasov təyin edilib.
Süleyman Abbasov bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu ilin yanvar ayının 1-də 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev vəzifəsindən azad olunmuş, onun yerinə müvəqqəti olaraq “Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğlu, polis mayoru Sahil Quliyev təyin olunmuşdu.