Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır – Yenilənib
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə TRT Haberə bildirib.
“Səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparırıq. Səfirlik işçilərinin Azərbaycana təxliyəsi həyata keçirilir”, – o qeyd edib.
***
“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır:
“Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin nə zaman yenidən bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.