Azərbaycan neftinin - SON QİYMƏTİ
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
ENA.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,55% artaraq, 89,94 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.