ÜST sabah koronavirusla bağlı qərar verəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının fövqəladə hal kimi davam edib-etmədiyini müəyyənləşdirmək üçün toplantı keçirəcək.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, iclas yanvarın 27-yə müəyyən edilib. Bu, təşkilatın COVID-19-la bağlı fövqəladə komitəsinin 14-cü iclası olacaq.
Xatırladaq ki, COVID-19 infeksiyası 2020-ci ildə pandemiya elan olunub.