Gündəm

Zelenski: "Putin mənim üçün heç kimdir"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməkdə və onunla sülh danışıqlarında maraqlı deyil.

ENA.az xəbər verir ki, Zelenski bu fikri “Sky News”a müsahibəsində deyib.

Ukrayna lideri bildirib ki, bu gün Putin onun üçün “heç kimdir”.

V.Zelenskinin sözlərinə görə, o, Rusiyada kimin qərar verdiyini də anlamır.

Zelenski “Putinlə görüş müharibənin həllinə kömək edəcəkmi” sualına cavab olaraq deyib ki, buna inanmır. Çünki Moskva daim sülh haqqında bəyanat verir, amma Ukraynaya raketlərlə hücum edərək, öz yalanını ortaya qoyur.

Ukraynanın ali baş komandanı bildirib ki, bu gün Moskvada kimin qərarlar verdiyini başa düşmədiyi üçün Kremlin sahibi ilə görüşməkdə və onunla mümkün sülhü müzakirə etməkdə maraqlı deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)