Sığorta bazarı 31% böyüyüb

2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728 mln. manat məbləğində sığorta haqları toplanıb, 240.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Bu barədə "BI"yə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
2017-ci illə müqayisədə sığorta haqları 30,7% artıb. Belə ki,.2017-ci il ərzində sığorta şirkətləri tərəfindən 556,9 mln. milyon manat məbləğində sığorta haqları toplanmış, 257,1 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi.
Könüllü sığorta bazarı üzrə haqlar 536.2 mln. manat, ödənişlər isə 172.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 191.8 mln. manat, ödənişlər isə 67.8 mln. manat olub.
2018-ci il ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.7%-i könüllü, 26.3%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 71.8%-i könüllü, 28.2%-i icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci il ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.