Hesabatlar

PAŞA Bank “iqtisadi normativlər”ə riayət edirmi? – HESABAT 

Ölkənin ən böyük korporativ bankı olan PAŞA Bank aktivlərinin həcminə görə, ikinci yerdədir. Bankın ilin sonuna açıqladığı təmiz mənfəət də hazırda həcminə görə ABB-dən sonra ikincidir. Bank prudensial normativlərin əksəriyyətini ödəyir, yalnız bir bənddə -  banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti maksimum 20% olmalıdırsa, PAŞA Bankda 30.1%-dir. Bankın ani likvidliyi minimum 30%-ə qarşı çox yüksəkdir – 82,2%! 

“PAŞA Bank” 2022-ci ildə aktivlərini 32,9% artıraraq 8 milyard 519,814 milyon manata çatdırıb. 2022-ci il dekabrın 31-nə bankın kredit portfeli illik 7,2% böyüyərək 2 milyard 728,064 milyon manat təşkil edib. Kredit səbətində ən böyük artım isə istehlak məqsədilə götürülən borclarda qeydə alınıb. Bankın biznes kredit portfeli 2,2% artımla 2 milyard 346,234 milyon manat, istehlak kreditləri üzrə portfeli isə 1,7 dəfə artımla 270,549 milyon manat məbləğində qiymətləndirilir. Ümumilikdə kredit portfeli bankın aktivlərinin 25%-ni təşkil edir. Qalan hissəsinin 3 milyardı nağd vəsaitlərdə, qiymətli kağızlarda və s. saxlanılır. 

“PAŞA Bank”ın öhdəlikləri il ərzində 34,7% artaraq 7 milyard 856 milyon 817 min manata bərabərdir. Bankda depozitlər 39,3% böyüyərək 7 milyard 4,319 milyon manat olub. Əhalinin əmanətləri 4,4% azalaraq 1 milyard 568,704 min manata düşüb. Hüquqi şəxslərin əmanətlərinin həcmində isə 60,4% artım qeydə alınıb və portfel 5 milyard 435,615 milyon manata yüksəlib. Bankın öhdəliklərində 105 milyon 209 min manat həcmində borc qiymətli kağızları və digər banklardan aldığı 567 milyon manat həcmində kredit də var. 
Bankın kapitalı 662,997 milyon manat (artım 14,8%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.  2022-ci ilin sonuna bankın bölüşdürülməmiş mənfəəti 288 milyon 986 min manatdır. əvvəlki illərdən yığılmış 139 milyon manat mənfəətin üzrəinə builki 149 milyon manat əlavə edilərək, ümumi bölüşdürülməmiş mənfəət yaranıb. Ötənilki hesabatda dividetin məbləği 50 milyonu ötsə də builki göstəricilərdə 44 milyon manat həcmindədir. 

“PAŞA Bank” 2022-ci ili 149,394 milyon manat məbləğində xalis mənfəətlə (2021-ci illə müqayisədə artım 1,7 dəfə) başa vurub.

“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Bless” MMC – 28,18%) və 2 fiziki şəxsdir (Arif Paşayev – 10%, MircəlalPaşayev – 5%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department