Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

Məktəblilərin qış tətili günləri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.
Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir.
Qeyd olunub ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.