Gündəm

Kəmaləddin Heydərov onu rəis təyin etdi

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan fövqəladə hallar naziri Şahin Mirzəyevin vəzifəsi müavininə tapşırılıb.

Nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Şimal Regional Mərkəzinin rəis vəzifəsi bu qurumun rəis müavini Babayev Zabil Firuddin oğluna həvalə olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib. (Qaynarinfo)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)