Nicat Rəsulova “Kapital Bank”da mühüm vəzifə verilib
Azərbaycanda ən iri xidmət şəbəkəsinə malik olan “Kapital Bank” ASC-də yeni idarə üzrə baş direktor təyin edilib.
ENA.az xəbər verir ki, Nicat Rəsulov Kredit riski və informasiya təhlükəsizliyi idarəsinin baş direktoru təyin edilib. O, bu vəzifəsinin icrasına rəhbərliyin qərarı ilə 2023-cü ilin yanvarından başlayıb.
Nicat Rəsulov 8 ilə yaxındır ki, “Kapital Bank” ASC-də çalışır. O, 2015-ci ilin iyulunda bankın komandasına qatılımış, 2016-cı ilin oktyabrından Kredit anderraytinqi departamentinin müvəqqəti direktoru, 2017-ci ilin aprelindən isə həmin departamentin rəhbəri təyin edilib.
N.Rəsulov bundan öncə “PAŞA Bank” ASC, “Unibank” ASC və “Bank VTB Azərbaycan” ASC kimi tanininmiş kommersiya banklarında müxtəlif vəzifələrdə çalışıb.
“Kapital Bank”ın strukturunda bu vəzifə müxtəlif blokları özündə birləşdirir. İdarə Heyətindən sonra ikinci mühüm idarə etmə orqanıdır. Hazırda rəsmi səhifəsində 3 idarə rəhbəri var.