Gündəm

Şəmkirdə valyutadəyişmə məntəqəsinə - QUMBARA ATILDI

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

ENA.az xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb. Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar.

APA-nın məlumatına görə, hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)