Prezidentin yüksək vəzifəyə təyin etdiyi Natiq Şirinov kimdir?
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Natiq Şirinov Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib.
ENA.az xəbər verir ki, Natiq Şirinov Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə – 2016-cı ildə Baş vergi xidməti müşaviri Natiq Telman oğlu Şirinov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib.
Prezidentin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə ona 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.