Daha 700 xidmət icbari tibbi sığortaya cəlb olunacaq
Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.
ENA.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
O qeyd edib ki, növbəti il 700 tibbi xidmətin xidmətlər zərfinə əlavə edilməsi gözlənilir: "Bu xidmətlərə travmataoji, kardioloji, transplantasya əməliyyatlarının da daxil edilməsi nəzərdə tutulur".