TURİZM

Google-da ən çox axtarılan turistik səyahət yerlərinin - ADLARI

Səyahət və turizm xəbərləri üzrə ixtisaslaşmış “Time Out” jurnalı Google-un açıqladığı rəsmi məlumatlara əsasən 2022-ci ildə ən çox axtarılan istiqamətləri dərc edib.

2022-ci ildə İngiltərənin paytaxtı London Google-da ən çox axtarılan turistik məkanlarda birinci, Vyetnamdakı Ho Chi Minh isə ikinci yeri tutub. 2022-ci ildə Google-da ən çox axtarılan səyahət istiqamətləri siyahısında Fransanın paytaxtı Parisin üçüncü, Hindistanın Dehli şəhərinin dördüncü yerdə olduğu Kanadanın Toronto şəhəri beşinci, İtaliyanın paytaxtı altıncı yerdədir.

Siyahıda Hindistanın Mumbay şəhəri yeddinci, Kanadanın Vankuver şəhəri isə səkkizinci yerdə qərarlaşıb. Portuqaliyanın Lissabon şəhərinin doqquzuncu yerdə olduğu siyahıda Nyu York 2022-ci ildə Google-da ən çox axtarılan 10-cu yer olub.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)