Prezident Azərbaycanla Türkiyə arasında imzalanmış bu sazişi təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
ENA.az xəbər verir ki, 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Sənədə görə, bu Fərmanda qeyd olunan Saziş qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.