Gündəm

Avropa Parlamenti Qolodomoru soyqırımı kimi tanıdı

Avropa Parlamenti Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyıb.

ENA.az xəbər verir ki, bununla bağlı Avropa Parlamentində qətnamə qəbul olunub.

507 parlamentari qətnamənin lehinə, 12 parlamentari isə əleyhinə səs verib.

Qeyd edək ki, Qolodomor 1932-1933-cü illərdə Sovet İttifaqı dövründə Ukraynada hökm sürən kütləvi aclıqla bağlıdır. Həmin hadisələr zamanı milyonlarla ukraynalının aclıqdan öldüyü təxmin edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)