Putin: "Qazın qiyməti Türkiyədə müəyyən ediləcək"
Türkiyə Rusiya qazının əsas istehlakçılarındandır.
ENA.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib.
"Rusiya qazının əsas istehlakçıları qonşularımız, o cümlədən Türkiyədir. Türkiyənin təbii qaz infrastrukturunun əhəmiyyətli potensialı var. Qarşıdakı illərdə biz qaz tranzit mərkəzi yaratmağı planlaşdırırıq. Elektron platforma bir neçə ay ərzində həyata keçirilə bilər",- Putin deyib.
"Avropalı istehlakçılar üçün təbii qazın qiyməti böyük ölçüdə mərkəzdə (Türkiyədə) müəyyən olunacaq",-deyə Rusiya lideri əlavə edib.