“Kapital Bank” imtiyazlı səhmlər üzrə dividend ödəyəcək
Yanvarın 12-də “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ENA.az banka istinadən xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağında imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, yığıncaq Bankın Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən bankın ofisində baş tutacaq.