Azərbaycanda rəqəmsal gömrük yaradılacaq
"Dövlət Gömrük Komitəsinin hədəflərindən biri rəqəmsal gömrüyün yaradılmasıdır".
ENA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“İKT infrastrukturunun yenilənməsi üçün investisiya qoyulmalıdır. Bunu hökumətdən xahiş etmişəm. Çünki bütün məlumatlar sistemdədir və təhlükəsizlik zəif olduğu təqdirdə, sabah kiberhücumlar fəsadlar yarada bilər”, - deyə o qeyd edib.