Nail Mərdanov və İnarə Vəliyevaya nazirlikdə vəzifə verildi
Nail Mərdanov və İnarə Vəliyeva RİNN-in Agentliklərinin sədr müavinləri təyin edilib
Artıq 2 ay olar ki, RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nizamnamələri Prezident fərmanı ilə təsdiqlənib.
Hazırda bu qurumların rəhbər heyətinin və strukturlarının formalaşdırılması prosesi gedir.
Ötən ayın sonu Nazir Rəşad Nəbiyevin Əmri ilə Nail Mərdanov İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuş və ona Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti həvalə olunmuşdur.
Eyni zamanda İnarə Vəliyeva ötən ayın sonu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuş və ona da Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti həvalə olunmuşdur.
Xatırladaq ki, eGov ASAN-dan alınaraq RİNN-in İRİA qurumuna verildiyindən hazırda burada təhvil-təslim prosesi və Agentliyin yenidən formalaşdırılması prosesi gedir.