Bank

Səudiyyə Ərəbistanında 2 bank birləşir

Səudiyyə Ərəbistanında "Alawwal Bank" və "Saudi British Bank"ın (SABB) 2019-cu ilin ilk yarısında birləşəcəkləri açıqlanıb.

"BI" xəbər verir ki, birləşmə nəticəsində Səudiyyə Ərəbistanının ən böyük üçüncü bankı yaranacaq.

"Səudiyyə Ərəbistanının ən yaxşı bankını yaradaraq bütün seqmentlərdən müştərilərə xidmət göstərmək istəyirik. İki bankın da oxşarlıqları var. İki bankın da müştərilərinin əksəriyyətini korporativ müştərilər təşkil edir. Pərakəndə bankçılıq  sahəsində də böyümək istəyirik", - "Alawwal Bank"ın Baş direktoru Soren Nikolajsen bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)