Hadisə

12 nəfəri aldadan dələduz saxlanılıb

Bakı şəhər sakini A.Ç-nı aldadan şəxsin hesabına pul köçürməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) ENA.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Əli Dadaşov saxlanılıb.

Araşdırmalarla onun daha 12 nəfəri aldadaraq dələduzluq yolu ilə hesasbına müxtəlif məbləğlərdə pul köçürməsi də müəyyən olunub. Araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)