TURİZM

Daha bir otel markası Azərbaycan bazarına daxil olur - Yeni premium otel

Dünyanın aparıcı otellər qrupu olan "Accor" şirkəti "Capital İnvest" MMC ilə əməkdaşlıq müqaviləsi imzalayaraq Azərbaycanda premium otel açacaq.

"Accor" şirkətindən verilən məlumata görə, müqavilə paytaxtın mərkəzində yerləşən "Winter Park Hotel Baku"nun yenilənməsi və rebrendinqini nəzərdə tutur.

2023-cü ilin yazından etibarən "Winter Park Hotel Baku"nun yerləşdiyi binada "Mövenpick Winter Park Baku" oteli fəaliyyətə başlayacaq. 

"Bakı şəhərində, Mirzə Ağa Əliyev küçəsində, Qış Parkının yaxınlığında, Nizami küçəsinə (Torqovaya) piyada məsafədə yerləşən "Winter Park Hotel Baku"nun təmiri və rebrendinqi nəticəsində "Mövenpick Winter Park Baku" açılacaq. "Mövenpick Winter Park Baku" qonaqlara yüksək xidmət standartları, sağlamlıq xidmətləri, qastronomiya və ailəvi istirahət, həmçinin ALL - Accor Live Limitless loyallıq proqramı sayəsində əlavə üstünlüklər təklif edəcək",- şirkətin məlumatında bildirilir.

Yeni premium-klass otel qonaqlara müxtəlif kateqoriyalı 212 nömrə təklif edəcək. Həmçinin SPA mərkəzi, fitness mərkəzi və iki restoran qonaqların ixtiyarında olacaq. Otelin infrastrukturuna konfrans zalları və tədbirlər üçün yer də daxil olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)