Aİ ölkələri Rusiya ilə qaz alqı-satqı müqavilələrini ləğv edir

Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin energetika nazirləri Rusiya ilə alqı-satqı müqavilələrindən çıxmaq barədə razılığa gəliblər.
Bu barədə Avropa Komissiyasının Brüsseldə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair bəyanatında deyilir.
Qeyd edilir ki, bu müqavilələr Rusiyadan təbii qazın azı 15 %-ni və ya 13.5 milyard kubmetri almağa imkan verirdi.
Sənədə əsasən, yeni qaydalar Aİ-yə üzv dövlətlər və onların enerji şirkətləri üçün qlobal bazarlarda birgə qaz almağa imkan yaradacaq.
Aİ ölkələri gələn il qaz anbarlarının doldurulması üçün lazım olan 15 %-i başqa mənbələrdən alacaqlar.