Sosial iqtisadiyyat

Vüqar Bayramov: “Sosial xərclərin ÜDM-ə nisbəti 15 %-dir”

Azərbaycanın dövlət büdcəsində sosial xərclərin ümumi daxili məhsula (ÜDM) nisbəti 15 %-dir.

Bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirib.

“Azərbaycan bu gösəriciyə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrinin bəzilərindən öndədir. OECD daxil olmaqla, bir sıra beynəlxalq qurumlarda bu göstərici əsas iqtisadi indikatorlarından biridir”, – deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)