Bank

Azərbaycanda bank müştərilərinə xəbərdarlıq edib

“Unibank” fəaliyyətində yaranacaq məhdudiyyətlərlə bağlı müştərilərinə xəbərdarlıq edib.

ENA.az banka istinadən xəbər verir ki, 23 noyabrdan 24-nə keçən gecə 03:00-05:00 aralığında “Unibank”ın sistemində təkmilləşdirmə işləri aparılacaq. Bununla əlaqədar olaraq bankın bütün xidmətlərinin fəaliyyətində məhdudiyyətlər yarana bilər.

“Qeyd olunan saatlarda ediləcək əməliyyatlarda bunu nəzərə almağınızı xahiş edirik”.- Bankın açıqlamasında qeyd edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)