Sabahdan hava pisləşəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 23-ü gün ərzində şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
ENA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonlarda isə noyabrın 23-ü gün ərazində bəzi yerlərdə qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.