Avtomobil

Bakıya yeni elektrik avtobuslar gətirilib

“Xaliq Faiqoğlu” şirkətinin “PAŞA Bank”la birgə həyata keçirdiyi layihə çərçivəsində istismara qəbul edilməsi nəzərdə tutulan 50 elektrik avtobusun ilkin hissəsi Bakıya gətirilib.

Çinin “Golden Dragon” şirkətinin istehsalı olan bu avtobusların yaxın günlərdə müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulur.

Yeni alınmış 100 faiz elektrikli bu avtobusların hər biri gün ərzində 300 kilometrdən artıq yol qət edə bilmə imkanına sahibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)