Gündəm

Dünya əhalisinin sayı 8 milyardı keçib

Dünya əhalisinin sayı artıb. Artım nəticəsində dünya əhalisinin sayı 8.04 milyard olub, insanların əksəriyyəti Asiya materikində yaşayır.

Belə ki, Asiyada yaşayan insanlar dünya əhalisinin 60 faizini təşkil edir. Şimali Amerikada yerləşən əhalinin sayı isə minimum təşkil edir, belə ki, burada dünya əhalisinin, sadəcə 5 faizi yaşayır.

Dünya əhalisinin 11%-i Avropada, 9%-i Cənubi Amerikada, 15%-i isə Afrikada yaşayır. Hazırda insanların 49%-i kəndlərdə, 51%-i isə şəhərlərdə yaşayırlar. Onların 77%-nin qalmağa evi olsa da, 23%-i çöldə gecələməli olur, 25%-i isə qida tapmaqda çətinlik çəkir. 8.04 milyard əhalinin cəmi 7%-i universitet məzunudur. Dünya əhalisinin 26%-i 15 yaşına çatmamış ölür, cəmi 8%-i isə 65 yaş və daha çox yaşaya bilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)