"BakıKart"la bağlı mühüm - YENİLİK
Gələcəkdə "BakıKart"ların balansının onlayn artırılması mümkün olacaq.
"BI" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) idarə heyətinin sədri Vüsal Kərimli bildirib.
O bildirib ki, gələcəkdə "Bakıkart" ödəmə kartının balansının onlayn artırılması, bir sərnişinin gün ərzində "Bakıkart"dan nə qədər istifadə etdiyindən xəbərdar olması mümkün olacaq: “Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Hazırda bununla bağlı danışıqlar aparılır. Razılıq əldə edildikdən sonra bu sistemin tətbiqinə başlanılacaq”.