"Buta Airways" Rusiyanın daha bir şəhərinə uçuşlara başlayır
Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti - “Buta Airways” Rusiyanın Ufa şəhərinə uçuşlara başlayacaq.
"BI" xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, aviareyslər mayın 12-dən, həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Başqırdıstanın paytaxtı aviaşirkətin Rusiyadakı 6-cı istiqaməti olacaq. Belə ki, hazırda "Buta Airways"in marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir.
Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.