Avtomobil

Bakı-Quba yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində – 150 metr məsafədə bir hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb ərazidə yerüstü piyada keçidinin tikintisidir.

Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)