Nazirdən uşaqpulu ilə bağlı təkliflərə CAVAB
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı təkliflərə münasibət bildirib.
ENA.az xəbər verir ki, nazir bu barədə Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında danışıb.
"Bu gün 600 min uşaq dövlətdən müəyyən müavinətlər alır. Bizim əsas qayəmiz həssas qrupa daxil olan uşaqların dövlətdən müəyyən müavinət almasıdır. Sağlamlıq imkanları məhdud olan uşaqlara, həmçinin həssas qrupa daxil olanlara həmin müavinət verilir. Həssas kateqoriyadan olan uşaqlara dəstək vermək bizim əsas hədəflərimizdən biridir", - nazir vurğulayıb.
Qeyd edək ki, komitə iclasında bəzi deputatlar uşaqpulunun verilməsi ilə bağlı təkliflər irəli sürüblər.