Qarabağ

DTX minlərlə hərbçimizi mühasirədən neçə çıxarıb? - VİDEO

Vətən müharibəsi dönəmində Ermənistanın Gorusda yerləşən birinci ordu korpusu, bu ölkənin milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları və Hadrut divizyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün plan qurubmuş.

ENA.az xəbər verir ki, bu barədə “Xəzər Tv”də yayımlanan “Qartal Zirvə”də sənədli filmində məlumat verilib.

“Bu üç qrup tərəfindən həyata keçirilən plana əsasən, maksimum dərəcədə Azərbaycan Müdafiə Nazirliyinin hardasa 3 briqadadan ibarət bölmələrinin Araz çayı boyunca dərinə buraxılması və onların üç istiqamətdə təminat yollarını kəsilməli idi. Mühasirəyə salmağın əsas məqsədi ondan ibarət idi ki, Silahlı Qüvvələrimizin irəliləməyinin qarşısı alınsın. Lakin bu plan əvvəlcədən  ifşa olundu. Tərəfimizdən əməliyyat planları əldə edildi və bu barədə rəhmərliyə məruzə olundu. Nəticədə o istiqamətdə düşmənin özünü mühasirəyə saldındı” – sənədli filmdə Dövlət Təhlükəsizliyi Ximədinin mənsubu bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)