Qarabağ

"Azərbaycan üçüncü tərəflərin bölgədə törətmək istədiyi bütün təxribatların qarşısını qətiyyətlə alacaq"

“Bölgədə yeni imkanlar yarandığı, Azərbaycanın azad edilən ərazilərini bərpa etdiyi bir dövrdə hər hansı bir üçüncü tərəflər tərəfindən destruktiv və təxribat yönümlü addımların atılması tamamilə yolverilməzdir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dövləti buna yol verməyəcək: “Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Azərbaycan dövlətinin bölgənin inkişafı ilə bağlı planları hamıya məlumdur”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)