Bank

“Azər-Türk Bank”ın Müşahidə Şurası yenidən formalaşdırılıb

4 noyabr 2022-ci il tarixində “Azər-Türk Bank” Açıq Səmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar  Ümumi Yığıncağı keçirilmişdir.

Yığıncaqda “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası yeni tərkibdə formalaşdırılıb.

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin direktoru Günel Cavadova və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin şöbə müdiri Pərvin Manafov Bankın Müşahidə Şurasının üzvləri seçiliblər.

Səhmdarların Ümumi Yığıncağında Ruslan Əlixanov Bankın Müşahidə Şurasının sədri təyin edilib.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)