MALİYYƏ

İngiltərə Bankı uçot dərəcəsini artırdı

İngiltərə Bankı uçot dərəcəsini 75 baza bəndi - 2,25 %-dən 3 %-ə qədər artırıb.

ENA.az xəbər verir ki, bu barədə İngiltərə Bankının məlumatında deyilir.

İngiltərə Bankı inflyasiyanın qarşısını almaq üçün bu addımı atıb.

Mərkəzi bankın qərarı “DailyFx”in sorğusunda iştirak edən analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Xatırladaq ki, İngiltərə Bankı bu ilin avqust və sentyabr aylarında uçot dərəcəsini 50 baza bəndi artırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)